Azərbaycan XİN başçısının müavini İran səfiri ilə regional məsələləri müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın bu ölkədəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Crossmedia.az İSNA-nın verdiyi məlumata görə xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.
M.Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin zəruri olduğunu qeyd ediblər.
09:53 29.07.2025
Oxunuş sayı: 1422