Ermənistanla sülh sazişinin imzalanacağı tarix bəlli oldu: Azərbaycanlı deputatdan tarixi açıqlama

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində açıqladığı nüasnlar regionda vəziyyətin sabitliyə doğru irəlilədiyini daha göstərdi. Onun sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Bu cür mövqelər, tərəflərin artıq savaş ritorikasından uzaqlaşdığını və siyasi-diplomatik həll yollarını ön plana çıxardığını nümayiş etdirir. Lakin bu açıqlama fonunda bir sıra suallar da gündəmə gəlir: Görəsən, bu, sülhün artıq çox yaxın olduğunu göstərirmi? Ermənistan konstitusiyasında dəyişiklik edilmədən sülh sazişi imzalanması mümkündürmü? Və ən önəmlisi – il sonuna qədər rəsmi Bakı ilə İrəvan arasında gözlənilən sülh sənədi imzalanacaqmı?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bu il imzalanmasına açığı bir az şübhə ilə yanaşıram. Ola bilsin ki, Azərbaycan-Ermənistan arasında bir çərçivə sülh müqaviləsi bağlansın. Amma bu Azərbaycan üzərinə də ciddi öhdəliklər qoymasın. Çünki Azərbaycan prezidenti də bir neçə dəfə qeyd edib ki, Ermənistan konititusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı olan istinad aradan qaldırılmalıdır və ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu iki tələb yerinə yetirilmədən sülh müqaviləsinin bağlanması gələcək nəsillər üçün problem yaradılması anlamına gəlir. Amma sülh müqaviləsinin hazır olduğunu həm Azərbaycan, həm də Ermənistan təsdiq edir. Sadəcə bu iki məsələ aradan qaldırılmayana qədər sülh müqaviləsinin bağlanılması da mümkün görünmür. Ona görə bu il sülh müqaviləsinin imzalanmasını istisna edirəm”.
Parlamentarinin fikrincə, sülh müqaviləsi 2026-cı ilin sonu 2027-ci ilin əvvəli imzalana bilər: “Çünki məhz Ermənistanın konsititusiyasının dəyişdirilməsi də həmin zamana düşəcək. Hazırda Ermənistan baş naziri Nikol Paşinyan da Ermənistan konsititusiyasının dövrün tələblərinə cavab verməməsi ilə bağlı açıqlama verib. O düşünür ki, Ermənistan konsititusiyasına dəyişiklik edilməlidir. Bu dəyişiklik və referendumun keçirilməsi Azərbaycanla bağlı deyil. Bu Ermənistanın özünün problemləri və konsititusiyasının müasir dövrün tələblərinə uyğunlaşdırılması ilə bağlıdır”.
Ayhan
19:29 28.07.2025
Oxunuş sayı: 1396