Gündəm

Azərbaycan və Rusiya hökumət başçıları cari əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Rusiyanın hökumət başçıları Əli Əsədov ilə Mixail Mişustin arasında telefon danışığı olub və onlar ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.

Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında məlumat verilib.

“Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov arasında telefon danışığı olub. Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi, elmi-texniki əməkdaşlığının cari məsələlərini müzakirə ediblər”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, sənaye və nəqliyyat infrastrukturu sahəsində birgə layihələrə xüsusi diqqət yetirilib.

15:47 04.11.2024

Oxunuş sayı: 6220

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR