Pakistanda fırtına kabusa çevrildi

Pakistanın Pəncab əyalətində baş verən güclü fırtına insan tələfatı və ciddi dağıntılara səbəb olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 10 nəfər həyatını itirib, 45 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Fırtına zamanı köhnə binaların çökməsi, ağacların aşması və daşınmaz əmlaka ciddi ziyan dəyməsi qeydə alınıb.
Pəncab Fəlakət İdarəetmə İdarəsi (PDMA) zərərçəkənlərə yardım ediləcəyini açıqlayıb.
Hava şəraiti aviasiya sahəsinə də təsir edib. Lahora eniş etməyə çalışan sərnişin təyyarəsi turbulentlik səbəbilə məcburi şəkildə Kəraçiyə qayıdıb.
Pəncabın baş naziri Məryəm Navaz əyalətdə fövqəladə vəziyyət elan edib və bütün aidiyyəti qurumlara dərhal müdaxilə edilməsi barədə göstəriş verib.
05:59 25.05.2025
Oxunuş sayı: 814