Zelenski: “Hədəfimiz bütün əsirləri geri qaytarmaqdır”

Ukrayna ilə Rusiya arasında Türkiyənin vasitəçiliyi ilə aparılan əsir mübadiləsi çərçivəsində daha 307 ukraynalı hərbçi vətənə qaytarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "İnstagram" hesabında yazıb.
Onun sözlərinə görə, bu, 1000-1000 formatında razılaşdırılmış mübadilə prosesinin ikinci günüdür. Ümumilikdə son iki gündə 697 nəfər azad olunaraq evlərinə qayıdıb.
“Mübadilə nəticəsində Silahlı Qüvvələrimizin, Dövlət Sərhəd Xidmətinin və Ukrayna Milli Qvardiyasının döyüşçüləri geri qaytarılıb. Bu prosesi mümkün edən, gecə-gündüz çalışan hər kəsə təşəkkür edirəm. Məqsədimiz bütün vətəndaşlarımızı rus əsarətindən xilas etməkdir. Bu məqsədlə tərəfdaşlarımızla əməkdaşlığı davam etdiririk”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, əsir mübadiləsi prosesinin sabah da davam edəcəyi gözlənilir.
Aybəniz Səfərova
20:36 24.05.2025
Oxunuş sayı: 885