Rutte: "Top indi Moskvanın meydançasında"

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla görüşdən sonra Vaşinqtonun Rusiya və Ukrayna arasında sülh danışıqlarından geri çəkilmək niyyətində olmadığını və “top indi Moskvanın meydançasında” olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtona səfəri zamanı Rutte prezident Tramp, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetlə görüşüb.
Ağ Evdəki danışıqlardan sonra jurnalistlərə açıqlama verən Rutte Tramp və Heqsetlə danışıqlarının “çox yaxşı” keçdiyini bildirib. O vurğulayıb ki, NATO-ya üzv ölkələrin, xüsusən də Avropa və Kanadanın müdafiə xərclərinin hazırkı səviyyəsi “ümidvericidir”. “Bu gün biz daha güclü, daha ədalətli və eyni zamanda daha öldürücü hala gələn NATO-nu görürük.
Baş katib ABŞ-ın Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq səylərində aparıcı rol oynadığını deyib və əlavə edib: “Mən ABŞ-ın danışıqlardan uzaqlaşacağını düşünmürəm”.
14:40 25.04.2025
Oxunuş sayı: 734