Ukraynadan Trampa sülh planı: Şərtlər açıqlandı

Ukrayna tərəfinin Trampa təhvil verdiyi sülh nizamlanmasına dair yeni sənədin təfərrüatlarını dərc edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, sənəddə ümumilikdə 5 tələb var:
Sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanmalı və Ukraynanın kapitulyasiya forması olmamalıdır. Birinci bənddə həmçinin qeyd olunur ki, Krımın Rusiya kimi tanınması xüsusilə Çinin Tayvana qarşı mümkün təcavüzü halında təhlükəli presedentlər yarada bilər.
Ərazilərin müvəqqəti də olsa Rusiya Federasiyasına verilməsi yalnız dəqiq təhlükəsizlik zəmanəti ilə mümkündür.
Üçüncü bənddə deyilir ki, Ukrayna “sülh prosesinin mərkəzinə” qayıtmalı və danışıqlara nəzarəti bərpa etməlidir.
Rusiyanın Krım üzərində nəzarəti təkcə Ukrayna üçün deyil, həm də NATO ölkələri üçün təhlükədir. Krım üzərində nəzarəti saxlamaqla təkcə Ukraynanı deyil, digər Qara dəniz ölkələrini - Türkiyə, Rumıniya və Bolqarıstanı da hücumla təhdid edə biləcək.
Beşinci bənddə deyilir ki, sülh sazişi çərçivəsində Rusiyaya Ukrayna silahlı qüvvələrinin və onun müdafiə sənayesinin sayını məhdudlaşdırmağa icazə verilə bilməz.
14:32 25.04.2025
Oxunuş sayı: 647