Paraqvay SEPAH-ı terror təşkilatı elan etdi

Paraqvay prezidenti Santiaqo Pena Həmas və Hizbullahın bütün qollarını, eləcə də SEPAH-ın terror təşkilarları siyahısına salındığını açıqlayıb.
Crossmedia.az-ın iran mediasına istinadən verdiyi məlumata görə, Paraqvay prezidenti beynəlxalq sülh, insan haqları və təhlükəsizliyi sistematik şəkildə pozması səbəbindən SEPAH-ın da terror təşkilatı elan edilməsi qərarına gəlib.
ABŞ Dövlət Departamenti bəyanat yayaraq, Vaşinqtonun və Təl-Əvivin Paraqvay prezidentinin SEPAH-ı terror təşkilatı elan etməsi qərarını alqışladığını açıqlayıb.
14:00 25.04.2025
Oxunuş sayı: 680