Ərdoğan: Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə töhfə verir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqalada Amfibiya Korpusu Komandanlığının şəxsi heyətinə müraciətində Türkiyənin Azərbaycanda sülhə və təhlükəsizliyə mühüm töhfə verdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, O, çıxışında vurğulayıb ki, Türkiyə hazırda Suriya və İraqda terrorla mübarizə aparır: “Eyni zamanda biz Albaniya, Liviya, Azərbaycan və Qətərdə sülh və təhlükəsizliyin təsis olunmasına töhfə veririk”, – deyə Ərdoğan qeyd edib.
18:15 30.03.2025
Oxunuş sayı: 1245