NYT: Ukrayna ABŞ-dən icazəsiz hərəkətə keçib, generallar arasında fikir ayrılığı yaranıb

Ukrayna Silahlı Qüvvələri (USQ) 2024-cü ilin yayında ABŞ-nin icazəsi olmadan , lakin ABŞ istehsalı olan texnika ilə Rusiya ərazisinə – Kursk vilayətinə daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin yaydığı məlumata görə, ABŞ Müdafiə Nazirliyi “Pentaqon” bu addımı şantaj kimi qiymətləndirib, lakin Ukraynaya dəstəyi dayandırmayıb. ABŞ rəsmiləri bildiriblər ki, yardımı dayandırsalar, Ukrayna ordusu çətin vəziyyətdə qala bilər.
Xatırladaq ki, , 2023-cü ilin yayında Ukraynanın əks-hücum əməliyyatında ABŞ əsas diqqətin Melitopol istiqamətinə yönəldilməsini tələb edib. Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı bununla razılaşıb, lakin digər komandan Oleksandr Sırski əsas qüvvələrin Baxmut uğrunda döyüşməsini istəyib.
Məlumata görə, sursat ehtiyatları Melitopol və Baxmut arasında bölünüb, ən yaxşı beş briqada isə Sırskiyə verilib.
Bildirilib ki, ABŞ bu dəyişikliklərdən xəbərsiz olub və yalnız peyk görüntülərində qoşunların yerdəyişməsini izləyib.
Əks-hücum uğursuz olduqdan sonra ABŞ-nin keçmiş prezidenti Cozef Bayden Ukrayna qüvvələrinə Rusiya ərazisinə 80 km məsafəyə qədər zərbə endirməyə icazə verib.
Fatimə Məmmədova
14:30 30.03.2025
Oxunuş sayı: 1199