Pentaqon genişmiqyaslı ixtisarlar planlaşdırır

ABŞ Müdafiə Nazirliyində (Pentaqon) 76 minə qədər mülki işçi ixtisara düşə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, qurumun rəhbəri Pit Hegset bununla bağlı memorandum imzalayıb. Sənəd mülki heyətin 5-8%-nin işdən çıxarılmasını, eləcə də təxirə salınmış təqaüdə çıxma və erkən pensiya proqramlarının tətbiqini nəzərdə tutur.
Hazırda ABŞ Müdafiə Nazirliyində təxminən 950 min mülki işçi çalışır. Vəzifəli şəxslər aprelin 11-dək yenidən təşkilatlanma planını təqdim etməlidirlər.
Xumar Emilqızı
12:44 30.03.2025
Oxunuş sayı: 1140