Aralıq dənizində ZƏLZƏLƏ

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, bu gün səhər saatlarında Aralıq dənizində 3,4 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 06:41-də qeydə alınıb. Zəlzələnin ocağı 6,31 kilometr dərinlikdə yerləşib.
Hazırda zəlzələ nəticəsində hər hansı itki və ya dağıntının qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur. Aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
Aybəniz Səfərova
10:57 30.03.2025
Oxunuş sayı: 921