Suriya yeni hökumətini elan etdi

Suriya hökuməti yeni Nazirlər Kabinetinin tərkibini elan edib. Prezident tərəfindən təsdiqlənən siyahıya əsasən, müxtəlif sahələri əhatə edən 23 nazir təyin edilib.
Crossmedia.az xarici mənbəyə istinadən yeni hökumət üzvlərini təqdim edir:
Daxili işlər naziri – Anas Xattab
Müdafiə naziri – Murhaf Əbu Qəsrə
Xarici işlər naziri – Əsəd Əl-Şeybani
Ədliyyə naziri – Mazhar Əl-Veys
Dini işlər naziri – Məhəmməd Əbu Əl-Xeyr Şükri
Ali təhsil naziri – Marvan Əl-Hələbi
Sosial işlər və əmək naziri – Hind Kabavat
Energetika naziri – Məhəmməd Əl-Bəşir
Maliyyə naziri – Məhəmməd Yasir Barniyə
İqtisadiyyat naziri – Nidal Əl-Şaar
Səhiyyə naziri – Musab Nəzzal Əl-Ali
Yerli idarəetmə naziri – Məhəmməd Əncərani
Fövqəladə hallar və fəlakətlərin idarə olunması naziri – Raed Əl-Saleh
Rabitə naziri – Əbdüssalam Heykəl
Kənd təsərrüfatı naziri – Əmjad Bədr
Təhsil naziri – Məhəmməd Əbdürrəhman Turko
İctimai işlər və yaşayış tikintisi naziri – Mustafa Əbdül Rəzzaq
Mədəniyyət naziri – Məhəmməd Saleh
Gənclər və idman naziri – Məhəmməd Samih Hamed
Turizm naziri – Mazen Əl-Salhani
İnzibati inkişaf naziri – Məhəmməd Skaf
Nəqliyyat naziri – Ya’rab Bədr
İnformasiya naziri – Həmzə Mustafa
Yeni hökumət qarşısında duran əsas vəzifələrdən biri ölkədəki mövcud siyasi və iqtisadi problemlərin həlli, infrastrukturun bərpası və sosial rifahın gücləndirilməsi olacaq.
12:14 30.03.2025
Oxunuş sayı: 836