Braziliya Prezidenti mayda Rusiyaya səfər edəcək

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva may ayında Rusiyaya səfər edəcəyini və İkinci Dünya Müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəyini təsdiqləyib.
Crossmedia.az “Mayın 9-da Qələbənin 80-ci ildönümü tədbirlərində iştirak etmək üçün Rusiyaya gəlməyi planlaşdırıram,” – deyə Braziliya lideri Vyetnama rəsmi səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Lula da Silva, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə edəcəyini və Moskva ilə Kiyev arasında danışıqlar prosesinin başlamasına ümid etdiyini vurğulayıb.
Mədinə Cəlilova
19:05 29.03.2025
Oxunuş sayı: 1530