Ukrayna ABŞ-ın təklifi rədd edir

ABŞ-ın Ukraynaya təqdim etdiyi nadir minerallarla bağlı yeni müqavilə layihəsi Kiyevdə ciddi narazılıq yaradıb. Crossmedia.az The Washington Post qəzetinin anonim ukraynalı məmura istinadən yaydığı məlumata görə xəbər verir ki, sənəd elə tərtib edilib ki, sanki Ukrayna ABŞ ilə müharibə aparıb, məğlub olub və indi işğal edilmiş ölkə kimi ömürlük təzminat ödəməlidir.
Mənbənin sözlərinə görə, müqavilənin hazırkı variantı əvvəlki kimi heç bir təhlükəsizlik zəmanəti nəzərdə tutmur və əsasən Ukraynanın ABŞ-yə maliyyə vəsaitlərini qaytarması üçün bir model kimi görünür.
Buna görə də rəsmi Kiyev bu şərtlərlə müqaviləni imzalamaq niyyətində deyil.
16:43 29.03.2025
Oxunuş sayı: 1113