İraq: “İrandan qaz idxalına qadağa qoyulsa, yay çətin olacaq”

Dünən İraqın neft naziri Ziyad Əli Fazel deyib ki, ABŞ rəsmiləri ilə İran qazına qarşı sanksiyaların daxil olub-olmaması ilə bağlı danışıqlar hələ də davam edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir enerji idxalı ilə bağlı müqavilələrin iki sektora - elektrik enerjisi və qaza bölünəcəyini açıqlayıb.
O, qeyd edib ki, ABŞ sanksiyalarına hazırda İrandan elektrik enerjisi idxalı ilə bağlı birinci mərhələ daxildir.
14:10 29.03.2025
Oxunuş sayı: 1217