ABŞ: “İran xalqının hökumətə qarşı hüquqlarını dəstəkləməyə davam edəcəyik”

ABŞ Dövlət Departamentinin sözçüsü İranla bağlı layihələrə yardımın bərpası ilə bağlı bildirib ki, İran hökuməti dünyanın ən pis insan haqları pozucularından biridir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, departament sözçüsü vurğulayıb ki, İran öz xalqını hakimiyyəti saxlamaq üçün repressiyaya məruz qoyur və ABŞ bu hökumətə qarşı İran xalqının hüquqlarını dəstəkləməkdə və müdafiə etməkdə davam edir.
İranda insan haqlarının əsas vəziyyətinə toxunan sözçü, İslam Respublikasının insanların əsas azadlıqlardan istifadə etməsinə mane olduğunu deyib.
15:32 29.03.2025
Oxunuş sayı: 1107