Günəş tutulması başlayıb

İlin ilk Günəş tutulması hadisəsi başlayıb.
Crossmedia.az-ın məlumatına görə, bu, qismən Günəş tutulmasıdır.
Günəş tutulması saat 16:43:25-də sona çatacaq.
Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Qeyd edək ki, tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.
13:21 29.03.2025
Oxunuş sayı: 842