Avstraliyanın Avalon Aviasiya şousunda yüngül təyyarə qəzaya uğrayıb

Avstraliyanın Avalon Beynəlxalq Aviasiya Şousunda yüngül təyyarə qəzası baş verib. Crossmedia.az bildirir ki, Pitts Special tipi təyyarə “pətə” manevri nümayiş etdirərkən, 50 yaşlı pilot idarəetməni itirib. Nəticədə təyyarə eniş zolağına düşüb.
Qeyd edək ki,pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fidan Xəlilova
12:55 29.03.2025
Oxunuş sayı: 889