İsveçin Ukraynaya hərbi yardımı davam edir

İsveç müdafiə naziri bəyan edib ki, Ukraynaya təyin olunan Saab 340 AEWCS (havadan erkən xəbərdarlıq və idarəetmə) təyyarələrinin təhvili plan üzrə davam edir, lakin onların istifadəsi üçün Ukraynanın F-16 qırıcılarının müəyyən modernizasiya prosesindən keçməsi tələb olunur.
Crossmedia.az xəbər verir ki, Saab 340 AEWCS sistemləri Link 16 ilə işləyir. Ukraynaya verilmiş F-16-lar isə hazırda bu şəbəkə ilə tam uyğun deyil. Bu isə real vaxt rejimində koordinasiya imkanlarını məhdudlaşdırır. Ukrayna tərəfi bu çatışmazlıqdan narazılığını bildirir.
İsveç bu layihə çərçivəsində artıq Ukraynalı pilotların, texniki heyətin və bort avadanlıqlarının operatorlarının hazırlığını həyata keçirir.
Təyyarələrin dəqiq sayı və təhvil tarixi isə təhlükəsizlik səbəbilə açıqlanmır.
23:20 23.03.2025
Oxunuş sayı: 1098