İstanbul Valiliyi İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Beylikdüzü Bələdiyyə başçısı Murat Çalığın fəaliyyətini dayandırması ilə əlaqədar martın 26-da hər iki qurumda şura iclasının keçiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İstanbul Valiliyinin açıqlamasında deyilir: "İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu və Beylikdüzü Bələdiyyə başçısı Murat Çalığın Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılması ilə əlaqədar olaraq 5393 saylı Bələdiyyə Qanununun 45-ci maddəsinin müddəalarına uyğun olaraq, İstanbul Böyükşəhər Bələdiyyəsi və Bəylikdüzü Bələdiyyə məclislərinin bələdiyyə başqanı vəkilinin seçilməsi üçün müvafiq qərar verilib. 26.03.2025-ci il saat 13:00-da İstanbul Böyükşəhər Bələdiyyəsi Məclis yığıncaq salonunda, 26.03.2025-ci il saat 09:00-da isə Beylikdüzü Bələdiyyəsi Məclis yığıncaq salonunda toplantı keçiriləcək".