Ermənistanda biolaboratoriyalar təhlükəli sınaq meydanına çevrilir

Erməni ekspertləri Ermənistandakı biolaboratoriyalarla bağlı həyəcan təbili çalırlar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin İrəvandakı səfirliyi qarşısında etirazçılar arasında dayanan hərbi ekspert Hayk Naapetyan hakimiyyətin susqunluğuna meydan oxuyaraq narahatedici planları ifşa edib:
“Artıq Almaniyadan Ermənistana hərbi hissənin köçürülməsi ilə bağlı qərar qəbul edilib”– deyə o bildirib. Ekspertin sözlərinə görə, gizlədilmək istənilən məlumat ortaya çıxıb: İyul-avqust aylarında ölkəyə 151 ədəd hərbi-texniki vasitə təlim üçün gətiriləcək.
Ssenarilər arasında Afrikan donuz taunu – Ermənistanda əvvəllər müşahidə olunmayan bir xəstəlik də var. “Onlar burada nə üçün toplaşır? Biolaboratoriyalar sınaq meydanlarına çevrilir” – deyə Naapetyan əlavə edib. O, qonşu İran üzərində toplanan qara buludlara və Ermənistanın gizli planlar üçün bir tramplin rolunu oynamasına işarə edib.
Beynəlxalq ekspert Qriqor Qriqoryan da narahatlıqları artıraraq USAID-dən sızan məlumata diqqət çəkib: “Hətta onların əməkdaşları bioloji risklərin azaldılması proqramlarında təhlükəli dəyişikliklər barədə həyəcan təbili çalır”.
Zəhra Məmmədova
18:24 23.03.2025
Oxunuş sayı: 1258