İstanbul Prokurorluğu: Əkrəm İmamoğlunun həbsi barədə qərar verildi

İstanbul Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində Növbətçi Sülh Cəza Hakimliyi İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun həbsi barədə qərar qəbul edib.
Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maliyyə xarakterli istintaq çərçivəsində İmamoğlu cinayət təşkilatı qurmaq və idarə etmək, rüşvət almaq, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz şəxsi məlumatları qeydə alma və tender pozuntularına yol vermək ittihamları ilə həbs edilib.
İmamoğlu eyni zamanda silahlı terror təşkilatına yardım etmək cinayəti ilə də əlaqələndirilsə də, artıq maliyyə xarakterli cinayətlərdən həbs edildiyindən, bu mərhələdə əlavə həbs tələbi rədd edilib.
16:49 23.03.2025
Oxunuş sayı: 1074