ABŞ Çinlə müharibəyə hazırlaşır

ABŞ vətəndaşları Çin Xalq Azadlıq Ordusunun Cənubi Çin dənizində ABŞ gəmi və təyyarələrinə hücum etməsi halında müharibəyə qoşulmağa hazır olduqlarını bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Foreignaffairs” nəşri sözügedən sual ətrafında keçirilən sorğuya istinadən bildirib.
Nəticəyə görə, amerikalılar ölkələrinin müdaxiləsini dəstəklədiklərini ifadə ediblər.
Sorğunun nəticələrinə görə, amerikalılar yalnız Çinlə deyil, həm də digər böyük düşmənlərlə də hərbi müdaxiləyə meyllidirlər.
Nəşrin yazdığına görə, bu nəticələr amerikalıların müharibəyə can atdıqlarını göstərmir: “ABŞ ümumilikdə yeni hərbi münaqişələrə qarşı ehtiyatlı yanaşır, amma gərginliklər artarsa, ictimai dəstək hərbi müdaxilənin mümkünlüyünü artırır”.
Fatimə Məmmədova
15:35 23.03.2025
Oxunuş sayı: 1493