ABŞ əfqanıstanlı naziri və qohumlarını “qara siyahı”dan çıxarıb

ABŞ Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin yeri barədə məlumat verən üçün nəzərdə tutulan 10 milyonluq mükafatı ləğv edib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə “Ariana News” mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, onun qohumları Əbdüləziz Hakkani və Yəhya Hakkaninin adları da ABŞ-nin “qara siyahı”sından çıxarılıb.
Xatırladaq ki, ABŞ Hakkaninin yaratdığı şəbəkənin üzvlərini Əfqanıstanda ABŞ hərbi və NATO koalisiya qüvvələrinə qarşı hücumların koordinasiyasına və iştirakına görə axtarış verib.
14:30 23.03.2025
Oxunuş sayı: 928