"Böyük Dəbilqə": Cüdoçumuz bu gün mübarizəyə qoşulacaq

Bu gün Azərbaycanın bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.
Crossmedia.az xəbər verir ki, kişilər arasında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatami üzərinə çıxacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçiləri yarışın ilk iki gününü medalsız başa vurub. Turnirə bu gün yekun vurulacaq.
11:23 23.03.2025
Oxunuş sayı: 2081