İsveç yeni anti-dron hava hücumundan müdafiə sistemi hazırlayıb

İsveç tərəfindən hazırlanmış “Loke” adlı yeni anti-dron hava hücumundan müdafiə kompleksi Trackfire uzaqdan idarə olunan döyüş qülləsi və M2 Browning, FN MAG58 pulemyotları ilə təchiz edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sistem hədəfləri Giraffe 1X radarının məlumatları əsasında müəyyən edir və əsasən kiçik və aşağı hündürlükdə uçan dronlara qarşı istifadə üçün nəzərdə tutulub.
Məlumata görə, kompleksin ilkin versiyası cəmi 84 gün ərzində hazırlanıb. İsveç Silahlı Qüvvələri sistemin 2025-ci ilin sonuna qədər istifadəyə verilməsini planlaşdırır.
12:21 23.03.2025
Oxunuş sayı: 2390