ABŞ-nin Ermənistandakı bioloji bazası etiraz doğurdu

ABŞ-in İrəvandakı səfirliyi qarşısında Pentaqonun Ermənistandakı bioloji hərbi bazalarına qarşı etiraz aksiyası keçirilib.
Crossmedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları əllərində "Ermənistanda Pentaqonun bioloji hərbi bazalarına – Xeyr!", "ABŞ-ın ölümcül hərbi bioloji laboratoriyalarına – Xeyr!", "ABŞ-ın bioloji laboratoriyaları Ermənistan üçün təhdiddir" və bu kimi digər şüarların yazıldığı plakatlar tutublar.
Aksiya iştirakçılarından biri ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvinin persona non grata elan edilməsi üçün imza toplanacağını elan edib.
Bazar ertəsi günü aksiya iştirakçılarının öz tələblərini əks etdirən məktubu ABŞ səfirinə təqdim edəcəyi bildirilir.
Zəhra Məmmədova
22:54 22.03.2025
Oxunuş sayı: 873