Ermənistanda silahlı insident

Qaz doldurma məntəqəsində atışma ölümlə nəticələnib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Ermənistanın Eçməzdin vilayətindəki maye qaz doldurma məntəqəsində atışma olub.
Nəticədə bir nəfər aldığı güllə yaralarından ölüb.
Ölənin 36 yaşlı Armavir sakini Artur Paronyan olduğu açıqlanıb.
Qeyd edək ki, hadisənin baş verdiyi obyektin Eçməzdinin meri Diana Qasparyanın ərinə məxsus olduğu məlum olub.
21:50 22.03.2025
Oxunuş sayı: 1105