ABŞ Yaxın Şərqdə hərbi gücünü artırır – Trampın sirlərlə dolu F-47 layihəsi


ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdəki hərbi gücünü daha da artırmaq üçün yeni addımlar atacaq. Hazırda bölgədə USS Harry S. Truman təyyarədaşıyan zərbə qrupu yerləşdirilib. Tezliklə isə USS Carl Vinson da bölgəyə gələcək.
Eyni zamanda, USS Gerald R. Ford təyyarədaşıyan zərbə qrupunun da Yaxın Şərqə yönləndirilməsi ehtimalı gündəmdədir. Bu baş verdiyi təqdirdə, ilk dəfə olaraq bölgədə eyni vaxtda üç ABŞ aviadaşıyıcısı fəaliyyət göstərəcək.
ABŞ Prezidenti Donald Tramp: “Dünyanın ilk altıncı nəsil döyüş təyyarəsi olan F-47 artıq beş ildir ki, sınaq uçuşlarındadır və bütün digər hərbi təyyarələri geridə qoyur”
Tramp bildirib ki, F-47 layihəsi Boeing tərəfindən hazırlanacaq və bu təyyarə dronlarla birlikdə uçacaq.
Tramp : “Bu, tamamilə yeni texnologiyadır. F-47 heç vaxt tək uçmayacaq. Onunla birgə uçacaq pilotsuz təyyarələr onu güclü edir. Hazırda dünyada heç bir təyyarə bunu edə bilmir,”
Prezident qiymət məsələsinə də toxunaraq fikir bildirib:
“F-47-nin qiymətini deyə bilmərik. Bu, onun bəzi texnoloji imkanlarını və ölçüsünü aşkar edə bilər.”
ABŞ Müdafiə Naziri Pete Hegseth isə bu layihənin Amerikanın hava sahəsindəki üstünlüyünü daha da gücləndirəcəyini bildirib:
“F-47 ilə biz səmaları uzun illər idarə edəcəyik. Biz heç bir yerə getmirik.”
ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Allvin:
F-22 ilə müqayisədə F-47 daha ucuz başa gələcək və gələcək təhdidlərə qarşı daha uyğunlaşdırıla bilən olacaq.
Hər bir F-47 döyüş təyyarəsinin təxmini dəyəri 300 milyon dollardan yuxarı qiymətləndirilir.
F-47 adlanmasına səbəbdə Trampın 47ci prezident olmasıdı.
08:45 22.03.2025
Oxunuş sayı: 1150