İranda güclü zəlzələ baş verib

İranda 4,8 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralız dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri İsfahan şəhərindən 103 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
15:07 21.03.2025
Oxunuş sayı: 940