Trampdan radikal addım: ABŞ Təhsil Nazirliyi bağlanır

ABŞ Prezidenti Donald Tramp Təhsil Nazirliyinin bağlanma prosesini rəsmən başlatacaq prezident fərmanını imzalayıb.
Nazirliyin tamamilə ləğvi üçün Konqresin təsdiqi tələb olunsa da, Trampın imzaladığı sənəd bu prosesin başlanmasına səbəb olub.
Crossmedia.az fərmana əsasən xəbər verir ki, yeni təyin olunan Təhsil Naziri Linda MakMahon nazirliyin bağlanmasını asanlaşdırmaq üçün bütün zəruri addımları atmaq tapşırığını alıb.
Tramp daha əvvəl verdiyi açıqlamalarda federal hökumətin təhsildən çəkilməli olduğunu və bu sahənin tamamilə ştatların ixtiyarına buraxılmalı olduğunu bildirmişdi.
Mədinə Cəlilova
13:55 21.03.2025
Oxunuş sayı: 973