Michael Seibel Y Combinator-dan ayrıldığını elan etdi

Michael Seibel, 12 ildən çoxdur fəaliyyət göstərdiyi Y Combinator akseleratorundan ayrıldığını açıqlayıb. O, bundan sonra təşkilatda "emeritus partnyor" kimi fəaliyyət göstərəcək.
Seibelin ayrılması ilə bağlı məlumatı Y Combinator-un CEO-su Garry Tan şirkətin bloqunda paylaşıb. O, Seibelin təşkilatdakı uzunmüddətli fəaliyyətini vurğulayaraq, onun ilk dəfə Justin.TV və Socialcam startapları ilə akselerator proqramına qoşulduğunu qeyd edib. Seibel daha sonra qrup partnyoru, idarəedici direktor və YC akseleratorunun CEO-su kimi vəzifələrdə çalışıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Seibel son illərdə rəhbərlik vəzifələrindən tədricən geri çəkilməyə başlamışdı. O, ötən il YC bloqunda paylaşdığı yazıda liderlik məsuliyyətlərini təhvil verməyə hazır olduğunu bildirmişdi. Onun ayrılma prosesi akseleratorun qış dönəmi başa çatdıqdan sonra rəsmiləşib.
Zeynəb Yunuszadə
13:42 21.03.2025
Oxunuş sayı: 988