ABŞ və İsrail İranla bağlı danışıqlar aparacaq

Yüksək səviyyəli İsrail nümayəndə heyətinin gələn həftənin əvvəlində İranla bağlı strateji məsləhətləşmələr aparmaq üçün Ağ Evə getməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Radio Farda məlumat yayıb.
Qeyd edək ki, İsrail nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolsun rəhbərlik etdiyi Amerika komandası, Dövlət Departamenti, Pentaqon və ABŞ kəşfiyyat nümayəndələri ilə görüşü gözlənilir.
Məlumata görə, danışıqlarda əsasən İranın nüvə proqramı, İran və ABŞ arasında danışıqların mümkünlüyü müzakirə olunacaq.
Nəzrin Salmanova
12:30 21.03.2025
Oxunuş sayı: 883