Tramp və Ərdoğan arasında telefon danışığı oldu

ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Tramp Türkiyəyə olan etimadını ifadə edərək bildirib: "Bölgədə, xüsusilə Suriya məsələsində Türkiyəyə güvənirik".
"Suriya sizə əmanətdir".
"Tezliklə vəzifəyə başlayacaq ABŞ-nin yeni səfiri Tom Barrack sizin xidmətinizdədir, cənab prezident".
"Onunla birbaşa əlaqə saxlaya bilərsiniz, vasitəçiyə ehtiyac yoxdur".
Qeyd edək ki, telefon danışığında ikitərəfli münasibətlər və regional məsələlərin də müzakirə edildiyi bildirilib.
Xumar Emilqızı
12:00 21.03.2025
Oxunuş sayı: 1599