ABŞ-dən İrana yeni sanksiya

ABŞ-nin Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrana qarşı yeni sanksiyalar elan edib. Sanksiyalar əsasən İranın kiçik neft emalı zavodlarına, onların rəhbərlərinə, husilər kimi tanınan “Ənsarullah” qrupuna və İran Müdafiə Nazirliyinə bağlı gəmilərə şamil olunur.
Crossmedia.az xəbər verir ki, Vaşinqtondan yüz milyonlarla dollar dəyərində İran xammalının alınması və emalı sanksiyalara səbəb olub. Bundan əlavə, ABŞ İranın “kölgə donanması”na daxil olan 19 şirkət və gəmini də hədəfə alıb.
Açıqlamada qeyd edilir ki, bu gəmilər müxtəlif ölkələrin, o cümlədən Panama, Komor və Barbados bayraqları altında fəaliyyət göstərir. ABŞ rəsmiləri bu addımın İranın neft ticarətini məhdudlaşdırmağa və bölgədəki qeyri-qanuni fəaliyyətlərini zəiflətməyə yönəldiyini bildiriblər.
09:35 21.03.2025
Oxunuş sayı: 2357