Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Martın 23-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən məlumat verilib. Muxtar respublikada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə 10-15 m/san sürətlə qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti 18 m/san-dək güclənəcək.
Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
22:17 20.03.2025
Oxunuş sayı: 1092