Türkiyədə rejissor Osman Sınav vəfat edib

Osman Sınav 69 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Onun uzun müddətdir xərçəngdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Osman Sınav 1956-cı ildə Burdurda anadan olub. 1975-ci ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm fakültəsini bitirib. O, 500-ə yaxın reklam filminin müəllifi olub. Həmçinin, “Kurtlar Vadisi“, “Deli Yürek“, “Ekmek Teknesi“ kimi məşhur serialların müəllifi kimi tanınıb.
Nəzrin Salmanova
21:50 20.03.2025
Oxunuş sayı: 1061