Putin Suriyanın yeni prezidenti ilə əməkdaşlığa hazır olduğunu bildirib

Rusiya Prezidenti Vladimr Putin Suriyanın yeni prezidenti Əhməd əş-Şəraa ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Crossmedia.az bildirir ki, Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putin əmin edib ki, Rusiya Suriya ilə ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək üçün bütün sahələrdə sıx əməkdaşlıq etməyə davam edəcək.
Həmçinin dövlət başçısının mesajında Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi vurğulanıb. Putin həmçinin ölkədə vəziyyətin tezliklə sabitləşməsinə dəstək verdiyini ifadə edib.
Fevral ayında Putin və Əhməd əş-Şəraa arasında ilk telefon danışığı baş tutub. Həmin söhbət zamanı iki ölkə arasında ticarət, iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın inkişafı müzakirə edilib. Rusiya lideri Suriya xalqına humanitar yardımın davam etdiriləcəyini də bildirib.
Qeyd edək ki, bu təmaslar Moskvanın Dəməşqdəki yeni hakimiyyətlə sıx əlaqələri qoruyub saxlamaq niyyətində olduğunu və Suriya ilə strateji tərəfdaşlığı möhkəmləndirməyə davam edəcəyini göstərir.
Fidan Xəlilova
19:30 20.03.2025
Oxunuş sayı: 1393