Orban: Avropa İttifaqı gücsüzdür və ABŞ-yə uduzacaq

Avropa İttifaqı (Aİ) hələ də Ukraynanı NATO-ya üzv etməklə alyansın sərhədlərini Rusiyaya yaxınlaşdırmağa çalışır, baxmayaraq ki, ABŞ artıq bu siyasətdən imtina edib. Belə ki, bu fikirləri Macarıstanın baş naziri Viktor Orban Aİ sammitində səsləndirib.
Crossmedia.az bildirir ki, bu barədə TASS məlumat yayıb.
O, Aİ-nin “gücsüz bir şirə” çevrildiyini və amerikalılarla strateji qarşıdurmada məğlub olacağını bildirib.
Orban xatırladıb ki, Avropa İttifaqı daha əvvəl ABŞ ilə birlikdə Ukraynanı Qərbin hərbi sisteminə inteqrasiya edərək NATO-nun sərhədlərini Rusiyaya mümkün qədər yaxınlaşdırmağa çalışırdı.
"İndi amerikalılar anlayırlar ki, bu, məsuliyyətsiz bir avantüra idi. Lakin Avropa hələ də bu strategiyaya sadiq qalır. ABŞ-ın gücü və vasitələri var, lakin Aİ-nin yoxdur. Buna görə də, Avropa İttifaqı bu gün gücsüz bir şirə çevrilib", – deyə Orban vurğulayıb.
Macarıstanın baş naziri əlavə edib ki, Aİ çətin dövr yaşayır və onun gələcəyi qeyri-müəyyəndir. "Əgər bir gələcəyi varsa, onun necə olacağını bilmirik", – deyə o qeyd edib.
Fatimə Məmmədova
19:10 20.03.2025
Oxunuş sayı: 762