BMT-nin rezident əlaqələndiricisi Azərbaycan xalqını təbrik edib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, təbrik Andreyevanın “X” sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
“BMT-nin Azərbaycandakı ailəsi adından hər kəsə şən və dinc Novruz arzulayıram! Qoy bu yenilənmə mövsümü hamıya firavanlıq, birlik və ümid gətirsin”, - o yazıb.
11:20 20.03.2025
Oxunuş sayı: 840