Tramp və Zelenski razılaşdı

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Ukraynada sülhün əldə oluna biləcəyi barədə razılığa gəliblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Müzakirə zamanı Tramp Kiyevə əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsində Zelenskinin müraciəti üzərində işləməyə razılaşıb.
Bundan əlavə, ABŞ Ukraynaya müdafiə məqsədi ilə kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək.
Tramp həmçinin komandasına Ukraynadakı münaqişədə atəşkəsin bərqərar olunması və genişləndirilməsi üçün texniki məsələləri həll etməyi tapşırıb.
Söhbət zamanı Tramp ABŞ-nin Ukraynadakı elektrik və nüvə stansiyalarının idarə olunmasında yardım göstərməyə hazır olduğunu da bildirib.
Qeyd edək ki, iki ölkə arasında mineral ehtiyatlarla bağlı əməkdaşlıq planları qüvvədə qalsa da, Vaşinqton hazırda əsas diqqəti münaqişənin dinc yolla həllinə yönəldib.
Fatimə Məmmədova
11:45 20.03.2025
Oxunuş sayı: 1303