Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlara müraciət edib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib.
Dövlət Agentliyindən bildirilib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – 2025-ci il 22, 24, 26, 29 mart tarixlərində fəaliyyət göstərəcək.
Qeyd edilən tarixlərdə sahibkarlar iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün agentliyə və onun regional bölmələrinə müraciət edə bilərlər.
18:43 19.03.2025
Oxunuş sayı: 768