Ötən il Azərbaycanda pambıq ipliyi istehsalında artım olub

Ötən il Azərbaycanda 18 454 tondan çox pambıq ipliyi istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ildəki göstərici ilə müqayisədə 5 412 ton və ya 41,5% çoxdur.
Qeyd edək ki, ötən il Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı sahələrində 551,4 milyon manat dəyərində məhsul istehsal edilib.
Məlumata görə, 2023-cü illə müqayisədə geyim istehsalında 24,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalında 9,3%, toxuculuq sənayesində isə 0,9% artım müşahidə olunub.
10:59 04.02.2025
Oxunuş sayı: 2906