Ağıllı pişik 200 milyon rubla satışa çıxarılıb
Moskva vilayətində ağıllı pişik 200 milyon rubla satışa çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Regions.ru məlumat yayıb.
Odintsovo şəhərində yaşayan pişiyin sahibi iddia edir ki, onun pişiyi həm özündən, həm də sahibindən sonra su sifonunu çəkməyi öyrənən ilk pişikdir.
Qız həmçinin bildirib ki, ağıllı pişiyə sahib olmaq infarkt və insult riskini 20 faiz azaldır.
O, qiymətli heyvan üçün 200 milyon rubl istəyib. Bundan əlavə, satınalma üçün bütün müraciət edənlər müsahibə və uyğunluq testindən keçməlidirlər.
Tərlan Əmrahova
19:28 11.01.2025
Oxunuş sayı: 3715