Britaniya və Norveç Ukraynaya 130 milyon dollarlıq hərbi kater verəcək
Böyük Britaniya və Norveç Ukrayna Hərbi Dəniz Qüvvələri üçün ümumi dəyəri təxminən 130 milyon dollar olan iki sürətli zərbə katerinin istehsalını maliyyələşdirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Layihə çərçivəsində uzunluğu 30 metr olacaq iki hərbi kater Böyük Britaniyada istehsal ediləcək. Gəmilər üçün zəruri sistemlər isə Avropa istehsalçıları tərəfindən təmin olunacaq.
Məlumata görə, katerlər raket silahları, hava hücumundan müdafiə və özünümüdafiə sistemləri ilə təchiz ediləcək. İmkanlarına görə onların daha aşağı qiymətə malik olmasına baxmayaraq, freqatlarla müqayisə edilə biləcəyi bildirilir.
Layihənin maliyyələşdirilməsi Böyük Britaniya və Norveç tərəfindən bərabər şəkildə həyata keçiriləcək. Bu məqsədlə hər iki ölkənin birgə rəhbərlik etdiyi Dəniz İmkanları Koalisiyasından istifadə olunacaq.
Britaniyanın Baş naziri Endi Bernem bildirib ki, Norveçlə birgə həyata keçirilən layihə təkcə Qara dənizdə müdafiəni deyil, həm də Avropanın təhlükəsizliyini gücləndirəcək.
Katerlərin Ukraynanın sahil ərazilərini və Qara dənizdəki dəniz dəhlizini qorumasına kömək edəcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ilin sentyabrından etibarən sözügedən dəniz dəhlizi vasitəsilə 200 milyon ton yük daşınıb. Bu həcmin yarıdan çoxunu taxıl təşkil edib.
22:57 19.11.2026
Oxunuş sayı: 42