Krımdan Kerç boğazı vasitəsilə sərnişin daşımaları təxirə salınıb
Krımdan Kerç boğazı vasitəsilə sərnişin katerlərinin hərəkətinə başlanılması əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Gazeta.ru” nəşri məlumat yayıb.
Məlumata görə, katerlərin cümə günü fəaliyyətə başlaması planlaşdırılsa da, küləyin sürətinin saniyədə 15-20 metrə çatması, bəzi ərazilərdə isə 24 metrə qədər güclənməsi ehtimalı ilə əlaqədar qərar dəyişdirilib.
Krım Respublikasının Nəqliyyat Nazirliyi “Krım limanı – Taman limanı” marşrutu üzrə sərnişin dəniz xəttinin fəaliyyətə başlamasının müvəqqəti dayandırıldığını açıqlayıb.
Xəttin fəaliyyətə başlayacağı tarix barədə əlavə məlumatın daha sonra veriləcəyi bildirilib.
22:22 19.11.2026
Oxunuş sayı: 44