ABŞ Çin şirkətlərinin telefon şəbəkəsinə çıxışını bağlayır
ABŞ Çin telekommunikasiya şirkətlərinin ölkənin telefon nömrələrinə birbaşa çıxışını qadağan etmək qərarına gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə məlumat yayıb.
Məlumata görə, ABŞ Federal Rabitə Komissiyası Çin şirkətlərinin Amerika telefon nömrələrinə birbaşa çıxışını məhdudlaşdıran qərarı təsdiqləyib.
Qadağa “China Mobile”, “China Telecom”, “China Unicom” və IP-telefoniya əsasında xidmət göstərən digər provayderlərə şamil olunur. Məhdudiyyətlər, həmçinin milli təhlükəsizlik üçün təhdid hesab edilən şirkətlərin, o cümlədən “Huawei” və “ZTE”nin avadanlıqlarından istifadə edən xidmət təminatçılarını əhatə edir.
Federal Rabitə Komissiyasının açıqlamasına görə, bu addımın məqsədlərindən biri avtomatlaşdırılmış dələduzluq zəngləri ilə mübarizə aparmaqdır.
“Reuters”in məlumatına əsasən, Vaşinqton Çin telekommunikasiya sektoruna qarşı təzyiqləri davam etdirir. Oktyabr ayında ABŞ Federal Rabitə Komissiyası 2028-ci ilin dekabrından etibarən Çin laboratoriyalarının Amerika elektronikasını sınaqdan keçirməsini qadağan edib.
Həmin dövrdə Honkonqun HKT operatoru da tənzimləyici qurumun təzyiqindən sonra 2027-ci ilin sentyabrınadək ABŞ-dəki fəaliyyətini dayandırmağa razılaşıb.
Pekin Vaşinqtonun bu addımlarına etiraz edərək birtərəfli məhdudiyyətlərin davam edəcəyi təqdirdə cavab tədbirləri görüləcəyini bəyan edib.
22:33 19.11.2026
Oxunuş sayı: 46