Kuşner: Putinin sülhə hazır olduğuna inanırıq
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinin müəyyən şərtlər daxilində sülhə hazır olduğuna inandıqlarını bildirib.
Crossmedia.az xəbər verir ki, Kuşner bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, avropalıların ən çox ünvanladığı sual Rusiya və Prezident Vladimir Putinin həqiqətən sülh istəyib-istəməməsi ilə bağlıdır. Kuşner bildirib ki, Stiv Uitkoffla birlikdə Putindən eşitdiklərinə əsasən, uyğun şərtlər daxilində Rusiyanın sülhə hazır olduğuna inanırlar.
Kuşner əlavə edib ki, Rusiya tərəfi də Ukrayna və Avropanın sülhə həqiqətən hazır olub-olmadığını soruşur.
16:34 10.11.2026
Oxunuş sayı: 81