Fiko Mertsin Aİ büdcəsi ilə bağlı hədəsini şantaj adlandırıb
Slovakiyanın Baş naziri Robert Fiko Almaniya kansleri Fridrix Mertsin Ukraynaya maliyyə dəstəyində iştirak etməyən ölkələrə görə Avropa İttifaqının büdcəsini bloklamaq hədəsini şantaj kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Ukraynaya ayrılan kreditlər üzrə Avropa İttifaqının zəmanətlərinin maliyyələşdirilməsində Slovakiya, Çexiya, Macarıstan və Bolqarıstan iştirak etməkdən imtina edir.
16:06 10.11.2026
Oxunuş sayı: 78